Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar

“Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar

“Formula-1”: Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar
2023-04-30 , 17:06

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Yenilik.az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak edib.
Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.
Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.