Yenilik.Az
www.Yenilik.Az » İdman » Azərbaycanda güləş yarışında biabırçı mənzərə - FOTOLAR

Azərbaycanda güləş yarışında biabırçı mənzərə - FOTOLAR

Azərbaycanda güləş yarışında biabırçı mənzərə - FOTOLAR
2026-04-14 , 12:30

Oğuz rayonunda yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yarış bir sıra biabırçılıqlarla yadda qalıb.
Ən ciddi problemlərdən biri yarışın həkim olmadan keçirilməsidir. Hansı ki, Gənclər və İdman Nazirliyi həkim olmadan yarışın keçirilməsini qadağa edib.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda problemlər təkcə bununla bitmir.
Qurumun taekvondo tatamisində güləş üzrə turnirin keçirməsi də diqqətdən qaçmayıb.
Bundan başqa, yeniyetmə və gənclərin güləş geyim qaydalarına da ciddi əməl etmədiyi fotolardan aydın olur.
Kimisi corabda, kimisi ayaqyalın, kimisi idman şalvarında, kimisi də “barsovka”da…
Qeyd edək ki, qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.








Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.