Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sabunçuda 30 yaşlı kişinin ölümündə təşkilatçı kimi arvadı şübhəli sayılır

Sabunçuda 30 yaşlı kişinin ölümündə təşkilatçı kimi arvadı şübhəli sayılır

Sabunçuda 30 yaşlı kişinin ölümündə təşkilatçı kimi arvadı şübhəli sayılır
2023-03-19 , 12:10

Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Yenilik.az xəbər verir ki,bu barədə Sabunçu rayon prokurorluğundan xəbər verilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda ibtidai istintaq davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.