Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıldılması faktına görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən olunan 1989-cu il təvəllüdlü Seymur Daxilovun gördüyü iş müqabilində ödəniş edilmədiyi üçün aprelin 16-dan 17-nə keçən gecə qəbiristanlığa gələrək məzarların üzərindəki predmetləri zədələməsi, xatirə daşları və lövhələri dağıtmaqla kimi əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Seymur Daxilov Cinayət Məcəlləsinin 245-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Cinayət işi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində saxlanmaqla ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.