Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda ər və arvadı 53 yaşlı kişini qətlə yetirdilər

Bakıda ər və arvadı 53 yaşlı kişini qətlə yetirdilər

Bakıda ər və arvadı 53 yaşlı kişini qətlə yetirdilər
2023-04-06 , 18:44

Suraxanıda qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Yenilik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-ci il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.