Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Bərdədə kişi qadını kafedə qətlə yetirdi
2023-03-30 , 11:08

Bərdədə qadın bıçaqlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 30-u axşam saat 12 radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 
İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.