Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb

Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb

Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb
2023-04-08 , 11:38

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.
Yenilik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.