Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb
2023-04-12 , 11:50

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2 890 ədəd “Metadon M-40” psixotrop həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.