Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
2023-03-20 , 12:04

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yenilik.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.