Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb
2023-04-06 , 11:26

Aprel ayının 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1 000 ədəd “Metadon M-40” psixotrop həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Nepal Federativ Demokratik Respublikası və iki nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıblar.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.