Yenilik.Az
www.Yenilik.Az » Kriminal »  Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü - RƏSMİ XƏBƏR

 Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü - RƏSMİ XƏBƏR

 Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü - RƏSMİ XƏBƏR
2024-06-24 , 10:00

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.