Yenilik.Az
www.Yenilik.Az » Kriminal » 3 polisi və qonşusunu belə güllələyib: "Paltarımı dəyişib, gəlirəm..."

3 polisi və qonşusunu belə güllələyib: "Paltarımı dəyişib, gəlirəm..."

3 polisi və qonşusunu belə güllələyib:
2024-06-24 , 16:47

Xəbər verdiyimiz kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib. Gununsesi.info  polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş,1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında məlumatlar əldə edib.

 
Əldə etdiyimiz özəl məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci  (dələduzluq) maddəsi ilə axtarışda olub.
 
Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.
 
Bildirilir ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.
 
Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub.
 
Onun evində olmasına dair polisin əldə etdiyi məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.
 
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.
Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.