Əli Kərimlinin mühafizəçisi adam bıçaqladı

Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov məlumatı təsdiq edib./APA
OXŞAR XƏBƏRLƏR