Oğurluğa görə tutuldu, narkotikə görə məhkəməyə çıxarıldı, bəraətlə azadlığa çıxdı-Bakıda film kimi hadisə

Bakıda narkotik maddə ilə bağlı təqsirləndirilən şəxs bəraət alıb. Bu barədə vəkil Elşad isayev məlumat verib. Vəkil Yenilik.az-a bildirib ki, "Suraxanı rayon Polis İdarəsinin əməliyyatçıları təqsirləndirilən şəxs M.Musayevi ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı saxlayaraq 2 gün 35-ci polis Bölməsində aaxlamışlar. Müəyyən araşdırma apardıqdan sonra hadisəni onun törətmədiyi bəlli olmuşdur. Lakin şəxsi azad etmək əvəzinə ona qarşı narkotik madə itihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkənəsində işə baxılarkən müdafiə tərəfin heç bir vəsatəti təmin edilməmiş, iş hərtərəfli araşdırılmamış və nəticədə şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Hökmdən narazı qaldığım üçün tərəfimdən Apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsində bütün vəsatətlərimiz təmin olunaraq şəxsin təqsirsiz olması sübuta yetirilmişdir. Bu səbəbdən də onun barəsində bəraət hökmü çıxarılmışdır."