Coratda üç nəfəri öldürən Müşfiq 10 yaşında qisasla böyübmüş – “Uşaqların “ana, ana” deyərək qışqırmasından həzz alırdım”
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub. Onun ifadəsindən məlum olub ki, 26 ildir bu cinayətin qisası ilə yaşayırmış. Editor.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə 2023-cü il oktyabrın 28-də baş verib.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib. O, vəfat edən Susananın həyat yoldaşı olub.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq ifadəsində bu cinayətə necə hazırlaşdığını danışıb.
Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşuları Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib.
Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib:
“Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə “kislota” tökmək istəmişəm. Həmin “kislota” hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi”.
Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib:
“Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım”.
Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb:
“Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum”.
Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyəti olmayıb. O, iki nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də, onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb.
Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb:
“Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım, Anarı da öldürəcəkdim”.
Məzarlıqdan evə gedən Müşfiq iki gün orada qalıb. Hadisə barədə xəbərləri televiziyadan izləyib.
Müşfiq dindirilən zaman niyə qisasını Anarın ailəsindən almasını belə izah edib:
“Anarı sonuncu dəfə 2012-ci ildə görmüşəm. Sonra onu görmədim. Hansı ölkəyə getdiyini bilmədim”.
Suallara cavab verən Müşfiq bu cinayətə tam olaraq 2020-ci ildən hazırlaşdığını bildirib. O, basqına gedən zaman üzərində bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və bir kiloqramdan çox barıt olub.
Əməlindən qəti olaraq peşman olmadığını deyən Müşfiq əlavə edib ki, başqa heç bir qisas onu sakitləşdirə bilməzmiş.
Müşfiqin ifadəsinin bəzi hissələri isə tükürpədicidir. O, ilk olaraq Susananı vurmasından necə həzz aldığını istintaqda belə danışıb:
“Susananı vuranda boğazından qan fışqırdı. Mənim üçün çox böyük həzz oldu. Məqsədim Susananın övladlarının gözyaşlarını görmək, qışqırıqlarını eşitmək və ailənin bütün üzvlərini öldürmək idi. Uşaqların “ana, ana” deyərək qışqırmasından həzz alırdım”.
Bütün cinayəti əvvəlcədən planlaşdıran Müşfiq deyib ki, evi yandırmaqda məqsədi evdəkiləri həyətə çıxarmaq olub. O, qapının qarşısında dayanaraq çıxan şəxslərə bir-bir atəş açmağa başlayıb. İlk çıxan 3 nəfəri öldürüb.
Bu dəhşətli əməlləri törədən Müşfiq ömürlük azadlıqdan məhrum edilib…
OXŞAR XƏBƏRLƏR

Bakıda məktəb direktoru övladına dəbdəbəli toy çaldırdı-Ulduzlar axın etdi-FOTOLAR
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
“Kişi olsaydın, oğlun olardı” – 2 nəfəri başından güllələyən 60 yaşlı şəxs
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14