Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü
2026-01-08 , 16:13

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

Yenilik.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.
Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.
Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.