Yenilik.Az
www.Yenilik.Az » Kriminal » "Boulevard Hotel"də qətl: İş yoldaşı tutuldu

"Boulevard Hotel"də qətl: İş yoldaşı tutuldu

2026-01-26 , 14:34

Bakıda hoteldə qətl törədilib.

 
Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində "Ağ şəhər" bulvarında yerləşən "Boulevard Hotel"də qeydə alınıb.
 
Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
 
Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.