Bakıda kanalizasiyaya düşən oğlanın anası: "Qaynım oğlu mənə hədə-qorxu gəldi" - MƏHKƏMƏ
Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
O bildirib ki, çökmə 2025-ci ilin mayın 14-də baş verib: "Həmin vaxt çökmə baş verən ərazidən bir kilometr kənar bir yerdə bərpa işləri görürdük. Çökmə barədə məlumat alanda əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. Bizim xidməti vəzifəmiz qəza-bərpa işlərini gərməkdir. İyunun 4-nə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işin yekunlaşdırdıq. Sonra dedilər ki, sizin daha orada görəcəyiniz iş yoxdur, oradan gedin. Biz də oradan ayrıldıq. Orada heç bir iş görməmişik. İş görmək üçün heç bir iş əmr olmayıb".
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, çöküntü baş verən yerdə qadağan olunmuş nişanlardan əlavə kosmetik işlər aparılıb. O, kosmetik işlərin kimin tərəfindən aparılması ilə maraqlanıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, çöküntü baş verən ərazidə suvaq işləri aparılmayıb: "Çöküntü baş verən quyunun üzərinə böyük diklər qoyulub, bunu da həmin ərazidə işlər görən obyekt sahibləri ediblər. Bizim işimiz oraya məhəccərə çəkməkdən ibarət olub, bunun da fotoları var, təqdim edə bilərik. Orada təhlükəsizlik tədbirləri ilə bağlı dəfələrlə müvafiq quruma məlumat vermişik.
Bizə orada iş görmək üçün metaral verilməyib, buna görə də orada iş görə bilməzdik. Bunun üçün iş əmri verilməi, vəsait ayrılmalıdır".
Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki-üç saat sonra iş əmri açılıb və hadisə baş verən yerdə işlər görülməyə başlanıb: "Mənim bu işdə günahım yoxdur. Bu hadisənin baş verməsində obyekt sahibləri günahkardır. Zərrə qədər günahım varsa, cəzamı çəkmyə hazıram".
İzahat verən zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi, anası Fəridə Abbasovanın sözlərinə görə, qaynı Vidadi Abbasov bu şəxslərlə iş yoldaşı olub: "Bu hadisədən sonra qaynımın yanına gediblər, onunla görüşüblər. Bir ana kimi məni saymayıblar, dərdimə şərik olmayıblar. Oğlum dəfn olunanan günün səhəri qaynımın Novxanıdakı evində yeyib-içiblər, guya oğluma üç mərasimi veriblər. Mən isə oğlumun məzarı başında qaldım, onların yanına getmədim.
Həyat yoldaşım dörd il əvvəl rəhmətə gedib, qaynım bu müddətdə bir dəfə də qapını açmayıb. İndi bu hadisədən sonra gələrək bu işə qarışıb. Qaynımın oğlu gəldi, məni təhqir etdi ki, niyə şikayətçi olmusan? Şikayət etdiyim üçün, bu hadisəni ictimailəşdirdiyim üçün mənə hədə-qorxu gəldi. Mən qaynımla düşmənəm. O mənim yanımda yox, o biri tərəfin yanında olub.
İntiqam adlı vəzifəli şəxs gəlib dedi ki, şikayət etsən nə olacaq, yetimin birini tutub içəri salacaqlar, şikayət etmə. O, qaynımla əlbirdir. Oğlu ölən anaya bu sözü demək olar? Heç oğlumun məzardaşını da düzəltmədilər. Mən şikayətçiyəm, oğlumun bir damla qanının da keçməyəcəm".
Növbəti proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
4 milyonluq işdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Bakıda 27 yaşlı oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı sahə rəisi məsuliyyətə cəlb edildi
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi - FOTO
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyevin yaratdığı şərait, Gültəkin Hacıbəylinin qurduğu səltənət - Sabiq deputat pay torpaqlarında da ev tikib
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib, Prezident çıxış edib - YENİLƏNDİ
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55