“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”- Qətlə yetirilən gəlinin qaynanası
Xəbər verdiyimiz kimi, iyunun 1-də Sabunçu rayonu Ramana qəsəbəsində 60 yaşlı Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Qaynatanın gəlnini öldürmə səbəbi ilə bağlı müxtəlif iddialar səslənir. A. Məmmədovun G. Məmmədovanı öldürmə səbəbi kimi müavinət kartını mənimsəmək istəyi göstərilir. Bu iddialarla razılaşmayan gəlinin qaynanası Hicran Məmmədova Musavat.com-a danışaraq ailə ilə gəlin arasında heç bir zaman müavinət üstündə mübahisə olmadığını bildirib:
“Gəlinimlə mən 6 ildir ki, bir yerdə yaşayırdıq. Aramızda heç bir zaman müavinətə görə söz-söhbət olmayıb. Deyirlər ki, guya biz onunla müavinət üstündə dalaşmışıq. Elə şey olmayıb. Qayınata və mən oğlumdan sonra bizə düşən hər şeyi gəlinimizə bağışlamışdıq. Mən bütün hüquqları və müavinəti gəlinə vermişdim. Həyat yoldaşımla mən 20 ildir ki, ayrıyam, bir yerdə yaşamırıq. O, Şüvəlanda qalırdı, mən isə gəlinim və nəvələrimlə şəhərdə yaşayırdım. İki aydan bir, ayda bir dəfə evimizə gəlib, baba kimi nəvələrini görürdü. Gəlin buna icazə vermişdi. Mənim isə həyat yoldaşımla heç bir ünsiyyətim yox idi.
Gəlinimlə çox mehriban olmuşuq, onu balalarımdan da çox istəyirdim. Aramızda heç vaxt söz-söhbət olmazdı. Ancaq son aylar onun doğru yolda olmadığını gördüm. Buna görə də ata və anasını çağırdım və dedim ki, qızınız doğru yolda deyil və mən bunu qəbul edə bilmərəm. Aprelin 30-u gəlini valideynləri öz evlərinə apardılar. Nəvələrim isə mənimlə birlikdə qalırdılar. Mən ona dedim ki, istədiyi vaxt bizə gəlib, uşaqlarını görə bilər. Uşaqlar telefonda ana ilə danışırdılar, əlaqələri var idi. Mənim isə həmin vaxtdan gəlinimlə xüsusi ünsiyyətim yox idi.
Qətlin baş verdiyi gün qız nəvəmi müayinəyə aparacağım üçün dərsə göndərmədim. Oğlan nəvəmi isə məktəbdə tədbirdə idi. Gəlinim qızına zəng edib dedi ki, nənəniz icazə verərmi gəlib sizi görüm? Dedim, ürəyi haçan istəyirsə, gəlsin. Onu da qeyd edim ki, 10 gün bundan əvvəl də gəlib uşaqlarını görüb getmişdi.
Beləliklə, iyunun biri balaca bir tort və “slaym” alıb bizə gəlmişdi. 1 saat uşaqları ilə oynadı, danışdı, deyib güldülər və sonra çıxıb getdi. Liftdə baş verən qətldən isə mənim xəbərim olmayıb. Mən həyat yoldaşımın bizə gələcəyini heç bilmirdim. O, bəlkə də bayrama görə uşaqları görməyə gəlirmiş liftdə qarşılaşıblar və ya ola bilsin ki, gəlini izləyib. Mənim bu barədə heç bir məlumatım yoxdur. Gəlinlə həyat yoldaşım ona qədər çox mehriban idilər və əlaqələri var idi. Gülüzarı çox istəyirdi, bayramlarda zəng edib onu təbrik edirdi, alnından öpürdü. Gəlinimin doğru yolda olmadığını biləndən sonra isə əlaqələri kəsilmişdi.
Heç kim iddia edə bilməz ki, bu qətl müavinət, mülk, ev və ya hər hansısa pul üstündə baş verib. Bunu faktlarla sübut edərəm ki, hər şeyi gəlinə bağışlamışdıq və o özü xərcləyirdi.
Nəvələrim hazırda mənim yanımdadırlar. Çox kədərliyəm ki, oğlumun ölümündən sonra onun ailəsində belə hadisə baş verdi. Acımızı sözlə ifadə edə bilmərik”, -deyə ana bildirib.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş
İlham Əliyev müşavirə keçirdi
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
“Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?”
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14