Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aygün ilə Namiq eyni səhnədə

Aygün ilə Namiq eyni səhnədə

Aygün ilə Namiq eyni səhnədə
2023-03-11 , 17:39

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər.

Sənətçilər iştirak etdikləri məclislərdən birində “Sevirəm” adlı məşhur duetlərini səsləndiriblər. 

Duet ortaqları ifaları zamanı bir-biri ilə səmimi ünsiyyəti və rəqsləri ilə diqqətləri üzərilərinə cəmləyiblər.

Pop-diva ilə meyxanaçının sözügedən görüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu illər əvvəl duet ortağı olublar. Daha sonra tərəflər uzun müddət küsülü qalıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.