Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Səs Azərbaycan: Doğma nəğmələr"də final olacaq

"Səs Azərbaycan: Doğma nəğmələr"də final olacaq

2023-03-17 , 16:00

"Səs Azərbaycan: Doğma nəğmələr" finala hazırlaşır. 

Yenilik.az xəbər verir ki, yarışmanını son buraxılışları martın 17, 18, 19 və 20-də yayımlanacaq.
Bu gün efirə gedəcək buraxılışda son qarşıdurma olacaq. Sabah isə finalçıların adı açıqlanacaq. Martın 20-də isə qalibin kim olduğu canlı yayımda elan olunacaq.
Qeyd edək ki, yarışmada münsif kürsüsündə Xalq artisti Gülyaz Məmmədova, aşıq Samirə Əliyeva, müğənni İlqar Xəyal yer alıb. Proqramın aparıcılığını isə Azər Süleymanov edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.