Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Hamı bilir ki, nişanlı olmuşam"

"Hamı bilir ki, nişanlı olmuşam"

2023-05-02 , 16:15

"İllər əvvəl rəsmi şəkildə nişanlı olmuşam. O, uca boylu, rusdilli və xaricdə işləyən şəxs idi. Atam deyirdi ki, bu cür insanı gündüz çıraqla gəzsən, tapa bilməzsən. Bu, Allahın qisməti idi. Artıq biz toya hazırlaşırdıq, amma o, mənə söylədi ki, evləndikdən sonra sən oxumayacaqsan. Sənətimə qadağa qoydu. Valideynlərimə bu barədə deyəndə, atam söylədi ki, mən sənə görə çox əziyyətlər çəkmişəm və müğənni olmusan. Sanki anam ilə atam mənim ailə quracağımdan sevinib, suya düşdülər".

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Şəbnəm Tapdıq "Həyat tərzi" verilişində deyib. O, bildirib ki, illər əvvəl nişanlısından ayrılmasına səbəb onun qadağası olub:
"İndi ondan heç bir xəbərim yoxdur, bununla da söhbət bitdi. Bütün el-aləm bilir ki, nişanlı olmuşam. Hə, nə olsun? Gözüm aydın. Keçmiş nişanlımı sevirəm və ya sevmirəm, sizə bunun nə dəxlisi var?".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.