Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazənin “Lotu Quli” barədə bu sözləri yazıb, sonra sildi - FOTO

Nazənin “Lotu Quli” barədə bu sözləri yazıb, sonra sildi - FOTO

Nazənin “Lotu Quli” barədə bu sözləri yazıb, sonra sildi - FOTO
2023-05-24 , 13:22

Müğənni Nazənin Salayeva "Lotu Quli" ləqəbi ilə tanınan mərhum "qanuni oğru" Nadir Səlifovla bağlı paylaşım edib.
 
Yenilik.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi ona "Ürəklərdə qaldın" adlı mahnı həsr etdiyini bildirib.
 
Mahnıdan bir hissə yayımlayan Nazənin "Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş. Allah hamımıza, sevənlərinə, əzizlərinə səbr versin. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından ona ithaf olunub" sözlərini yazıb.
 
İfaçı daha sonra paylaşımını silib.
 
Qeyd edək ki, “Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində hotellərin birində güllələnib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.