Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Qısa geyinsəniz də, oranızı-buranızı açsanız da, kişilər baxmayacaq...“ - Rövşanədən ağır sözlər - Video    

“Qısa geyinsəniz də, oranızı-buranızı açsanız da, kişilər baxmayacaq...“ - Rövşanədən ağır sözlər - Video
 
 

“Qısa geyinsəniz də, oranızı-buranızı açsanız da, kişilər baxmayacaq...“ - Rövşanədən ağır sözlər - Video
 

 
2023-05-31 , 14:25

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı estetik cərrahlarların sosial şəbəkələrdə pasiyentlərin şəkillərini qoyanda etik qaydaları unutmasından gileylənib. 

Yenisabah.az xəbər verir ki, o, bu haqda aparıcısı olduğu “Qarşı-qarşıya” proqramında danışıb: 
“Popo videoları bir kənara qoyaq, doğuş prosesini belə çəkib sosial şəbəkələrə qoyurlar. Artıq bunlardan ürək bulanır. Kişilər də baxmayacaq, qısa geyinsəniz də, oranızı-buranızı açsanız da, baxmayacaqlar, çünki “İnstagram” bu şəkillərlə doludur. Ad çəkməyəcəyəm, bir məşhur cərrah var, sinə əməliyyatı edib. İlk bir ayda əl vurursan, daş kimidir, 3 ay sonra isə əzilmiş əncirə dönür”. 
O, bədənində müxtəlif plastik əməliyyat keçirənləri də tənqid atəşinə tutub:
“Balaca boyu olan adamın baxırsan ki, nə boyda sinəsi, yarım metr də arxası var. Allah özü də yəqin baxıb deyir ki, mən belə bəndə yaratmamışam, məəttəl qalır.
Bir müğənni var, adını da bilmirəm, aman Allah, insan bunu niyə etsin? Görəsən, necə oturub-durur? Necə daşıyır? Arxanda ağır bir şey var, onu necə gəzdirir, iki saat o yana-bu yana yellənir. Oturanda da yəqin ehtiyatla oturur ki, amandır, birdən əzilib-əyilər”.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.