Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Dado Natəvanla olan münasibətlərindən danışdı: "Başa düşdük ki..."

Dado Natəvanla olan münasibətlərindən danışdı: "Başa düşdük ki..."

Dado Natəvanla olan münasibətlərindən danışdı:
2023-06-02 , 16:30

Müğənni Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado hazırkı münasibətlərindən danışıb.

Yenilik.az xəbər verir ki, Reper Dado  bu haqda qonaq olduğu "Səhərin səsi" verilişində olarkən söz açıb. O, keçmiş həyat yoldaşı Natavanla münasibətlərinə üçüncü şəxslərin də olduğunu dilə gətirib: 

“Münasibətimiz yaxşıdır, sağ olsunlar. Anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər. Onların qarşısında baş əyirəm. Öz aramızda nə olub, olmayıb onu kənara qoyuruq. O mövzuların hamısı keçib. Tez-tez gedib-gəlirəm, bildirmirik. Arada sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Üçüncü şəxslərin müdaxiləsi də var idi. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil”.
Qeyd edək ki, onların bu evlilikdən bir oğlu dünyaya gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.