Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Evlilik təklif etdi, uşaq üçün yalvardı..." - Razi açıqlama yaydı 

"Evlilik təklif etdi, uşaq üçün yalvardı..." - Razi açıqlama yaydı 

2023-06-03 , 14:19

Sevgilisi tərəfindən şiddətə məruz qalan Razi Əliyeva açıqlama yayıb.

Razi instaqram hesabında bu sözləri qeyd edib:
“Nədən başlayacağımı heç bilmirəm. Birinci növbədə başda DİN-ə, Bakı şəhər Baş Polis İdarəsinin Rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm! Azərbaycan polisi var olsun!
İkinci növbədə isə sosial şəbəkələrdə, həyatda mənə olunan dəstəyə və olunan köməyə görə, hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Hamı bacardığı gədər mənə dəstək verdi, yanımda oldu. Mən bunu heç vaxt unutmaram. Doğrunu bilməyib məni daşlayan insanlar kimi etmədiyiniz üçün sonsuz təşəkkür edirəm. Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz. Və indi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm.
Əvvəla onu bildirmək istəyirəm ki mən münasibətə subay və ilk baxışdan normal oğlan ilə başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O, məni döyməyə, təhqir etməyə, işgəncə verməyə, alçaldmağa başlayandan sonra həmişə ayrılmağa çalışmışam. Lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə-qorxu ilə bitirdi.
O, mənə bıçaq ilə işgəncə verirdi, 13-cü mərtəbənin pəncərəsindən aşağı atmağa cəhdlər edirdi, huşumu itirəcək qədər boğurdu və ölümünə döyürdü. Yaydığı videoda dediyim sözləri məni məcbur işgəncə vərərək dedizdirib ki, sonra bu video ilə məni şantaj edib, yanında saxlasın. Mənim yaşadığımı yaşasaydınız, bundan da betǝr sözləri dəməyə razı olardız. O, mənim telefonumu əlimdən alaraq məni evdə bağlayırdı, özü isə mənim adımdan fǝrqli insanlar və özü ilə yazışırdi ki, növbəti şantajlar üçün əlində nələrsə olsun.
Məni tanıyan hərkəs mənim heç vaxt narkotik vasitələrindən istifadə etmədiyimi təstiq edə bilər. Nə keçmişdə, nə də indi. Bu absurddur. Və bir insan belə mənim narkotikin təsiri altında görəcəyini çıxıb deyə bilməz. Lazım olan bütün analizləri də verməyə hazıram. Şəkildə düşən isə özünə məxsus idi və o şəkili İspaniyada çəkmişdi.
Mən evli biri ilə görüşmürdüm. Dekabr ayında etdiyi evliliyini və yanvar ayında boşanmağa verdiyini gizlədirdi, yazışmaların skrinləri də buna sübutdu. Onun evli olduğunu məni sonuncu dəfə boğdugu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam. Bundan sonra şantajlar və hədə-qorxular yenidən başlandı, və tək mənim yox, anamın və rəfiqələrim8n ünvanına. Hamının həyatını cəhənnəmə döndərdi. Və bütün bunlardan əlavə anamın evinə gəlib qapını sındırmağa cəhdlər edirdi ki, evinə gəlib qapını sındırmağa cəhdlər edirdi ki, məni anamın evindən çıxardıb özü ilə aparsın, nəticədə isə qapının qulpunun sındırdı. Bütün bunları etmə səbəbi məni məcbur, qorxu içində yanında saxlamaq idi. O, mənə hər zaman deyirdi ki, ondan ayrılsam hayatımı cəhənnəmə çevirəcək və məni elə biabır edəcək ki, heç kim mən tərəfə bir də baxmasın. Bunun bir məqsədi var idi, məni hamının yanında hörmətdən salmaq.
Bəli, mən abort etmişəm, amma 12 dəfə yox. Qadının orqanizmi nə cür qurulmalıdır ki, qədər uşağa qala bilsin. Abortumu ondan etmişdim və heç də peşman deyiləm, olmayacam da. Çünki onun kimi ikincisini dünyaya heç vaxt gətirmərəm.
Belə pisǝmsə, niyə uşağını saxlamağa yalvarırdı? Niyə evlənmək təklifi edirdi? Niyə valideynləri ilə tanış edirdi? Bunların hamısı şər və böhtandır! Bütün bunlar xəstə və manyak insanın intiqamıdır. Hansı ki məni əşya bilib yanında saxlamağa çalışırdı.
Sonuncu dəfə evimdən qaçanda nələrin baş verəcəyini gözümə almışdım. Çünki başa düşürdüm ki mənim iki çıxış yolum var. Ya biyabır olmaq, ya da ki ölmək. Mən birincini seçdim.Mən hər kəsi çox gözəl anlayıram yaşadıqlarım o qədər dəhşətlidir ki, hər kəsə inandırıcı gəlməyə bilər. Siz belə şeyləri yalnız qorxulu filmlərdə görmüsüz, yalnız mən real həyatda yaşamışam. Bütün sübutlari Dövlət orqanlarına təslim etdim. Çox şükür Allahıma ki, yazışmalarımız, ölüm hədələri hər biri qalıb telefonumda. Bunun üçün çox sevinirəm və ümid edirəm ki, haqq ədalət öz yerini tapacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.