Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Al Paçino 83 yaşında ata oldu

Al Paçino 83 yaşında ata oldu

Al Paçino 83 yaşında ata oldu
2023-06-16 , 17:52

Dünyaşöhrətli aktyor Al Paçino 83 yaşında ata olub.  

Bu barədə aktyorun nümayəndəsi Sten Rozenfild məlumat verib.
“Al Paçino və Nur Alfallahın oğlu dünya gəlib”, - deyə S.Rozenfild bildirib.
O əlavə edib ki, valideynləri uşağın adını Roman Paçino qoyublar.
Qeyd edək ki, bu, Al Paçinonun dördüncü övladıdır.
Onun Yana Terrantdan Culiya Mariya adlı qızı və aktrisa Beverli D'Ancelodan əkiz övladları (Anton Ceyms və Oliviya Rouz) var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.