Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bütün dünyanın bunu müzakirə etməsi çox qəribədir"

"Bütün dünyanın bunu müzakirə etməsi çox qəribədir"

2023-04-22 , 19:14

Amerikalı model Emili Ratajkovski "Vogue" jurnalının ispan versiyasının yeni sayın üçün kamera qarşısına keçib.

Yenilik.az xəbər verir ki, model nəşrə müsahibəsində keçmiş həyat yoldaşı amerikalı aktyor Sebastian Bear MakKlard tərəfindən xəyanətə uğramasından da söhbət açıb.
"Müəyyən bir təcrübə qazandığınızda bütün dünyanın bunu müzakirə etməsi çox qəribədir. Mən sadəcə üç illik münasibətin dördüncü mərhələsinə keçid edə bilmədim. Qəribədir ki, insanların buna bu qədər marağı var" deyə, Emili boşanma ərəfəsində onun barədə çıxan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki,cütlük 2018-2022-ci illərdə evli olub və bir oğulları dünyaya gəlib. Emili boşandıqdan sonra tez-tez müxtəlif şəxslərlə görüşməyə başlayıb. O, sonuncu dəfə Tokioda aktyor Harri Styles ilə dodaq-dodağa olarkən görüntülənib.
Emili aktyorun keçmiş sevgilisi Oliviya Uayldla yaxın rəfiqə olub. Hadisədən sonra Oliviya ondan inciyib. Emili bu barədə “Vogue”ya açıqlamasında "Bu, sadəcə olaraq baş verdi. Tamamilə uğursuz bir təsadüf idi", deyə bildirib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.