Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  Aysun İsmayılova: "200-300 manatı özümə sığışdırmıram" - VİDEO

 Aysun İsmayılova: "200-300 manatı özümə sığışdırmıram" - VİDEO

 Aysun İsmayılova: 
2023-07-11 , 12:16

"Bugünkü gün gündəmdə beş müğənni varsa, biri özüməm. Toy bazarında dörd-beş müğənni varsa, yenə də biri özüməm".

Bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Şou proqramlarda çıxış etmədiyini deyən ifaçı bildirib ki, heç zaman 200-300 manata oxumayıb: "Bəlkə də yeganə müğənnilərdənəm ki, şou proqramlara getmirəm. Heç zaman da getməmişəm. Restoranlarda əgər çıxış edirəmsə, özəl müğənni kimi səhnə alıram. Yəni toydan və konsertdən aldığım qonorar nədirsə, onu da oradan alıram. Heç zaman 200-300 manata oxumamışam. Çünki mən bunu özümə yaraşdırmıram. Mahnımın elə qiyməti 3000-4000 manatdır. Niyə mən 300 manata oxuyum ki? Və ya əgər mən 200 manatlıq restoranın menyusuna daxil olub oxuyacağamsa, səhər mənə niyə 3000 manat pul verib, toya aparsınlar? Onsuz da məni hər gün o restoranda görəcək. Məntiq belədir. Niyə mənə o qədər pulu verib toyuna aparsın ki? Onsuz da 200 manatlıq yeyib-içəndə o restoranda məni görür".//bizim media

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.