Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Yaddaşımızı o qədər zibilləyiblər ki... " - Nura Suri

“Yaddaşımızı o qədər zibilləyiblər ki... " - Nura Suri

“Yaddaşımızı o qədər zibilləyiblər ki...
2023-08-02 , 14:36

“Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır".

Yenilik.az-ın xəbərinə görə, bu fikirləri müğənni Nura Suri öz sosial şəbəkə hesabında səsləndirib.
“Bizim yaddaşımızı o qədər zibilləyiblər ki... Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb. Bütün şəkillərimiz, xatirələrimiz telefondadır. Bir gün virus düşüb sosial şəbəkələri məhv etsə, geriyə heç nə qalmayacaq. Xatirəsi olmayan insan insan deyil", - o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.