Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Britni Spirs boşanır

Britni Spirs boşanır

Britni Spirs boşanır
2023-08-17 , 15:38

Dünyaca məşhur müğənni Britni Spirslə həyat yoldaşı Sem Asqari boşanır. 

Yenilik.az xarici mətbuata istinadən xəbər verir ki, sosial media paylaşımları ilə gündəmdən düşməyən Britni Spirs bu dəfə evliliyində yaşadığı problemlərlə diqqət çəkib. 
Belə ki, məlumata görə, cütlüyün evliliyi xəyanət üzündən sona çatır. İddialara görə, ABŞ-nin keçmiş pop ulduzu Britni Spirs iranəsilli həyat yoldaşını aldadıb. Bu zəmində cütlük arasında ciddi münaqişə yaranıb. Mübahisələr fiziki şiddət həddinə çatıb.
Yayılan şayiələrlə bağlı tərəflər hər hansı münasibət bildirməyiblər. 

Qeyd edək ki, Britni və Akeri 2022-ci ilin iyununda evləniblər. Britni ilə həyat yoldaşının arasında bir müddət əvvəl də ciddi mübahisə düşmüşdü. Müğənni Semə yumruqla hücum etmişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.