Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bayatı Şiraz" şəhidlərə ithaf olunub, gecə klublarında səsləndirilməməlidir"

"Bayatı Şiraz" şəhidlərə ithaf olunub, gecə klublarında səsləndirilməməlidir"

2023-09-02 , 19:10

Türkiyəli müğənni Sərdar Ortaç "Bayati şiraz" mahnısının Azərbaycanda gecə klublarında müxtəlif versiyalarda səsləndirilməsinə etiraz edib.

Axşam.az xəbər verir ki, müğənni sözügedən mahnının bu cür yerlərdə səsləndirilməsini və remiks edilməsini düzgün hesab etmədiyini vurğulayıb:
"Vətənimdir" deyə, bir mahnı var. Azərbaycan şəhidlərinə ithaf olunub. Vətənimdir, vətənimdir, vətənim. Onu diskotekalarda çalmağa başlayıblar. Buna kədərlənirəm. Remiks, filan ediblər. O şəhidlər üçün yazılan sözlərdir. Bir uşaq (red. gənc xanəndə Kənan Bayramlı) səsləndirmişdi, adını xatırlamıram, "Bayatı Şiraz" deyilir. O mahnını gecə klublarında səsləndirilməməlidir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.