Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”
2023-09-07 , 13:57

"Məni kişi düşməni kimi qəbul etməyin. Kişi-qadın ayrıseçkiliyi etmirəm. Amma qadınların yanındayam: bütün səhvlərin, günahların, pis yola düşən, evdən qaçan, uşağını atan qadınların".

Gundem.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
Qadınlardan danışan aparıcı onlara səslənib. Hidayətqızı bildirib ki, xanımlar ayrıldıqları həyat yoldaşından mütləq aliment tələb etməlidirlər: "Əgər kişi yanında yaxşı olarsa, qadın bunları etməz. Qadın hüzurlu, xoşbəxt yaşamaq istəyir. Bunlar varsa, qadın onları edərmi? Bunu qadınlara edən də kişilərdir. Bəzi kişilərin ən çox qorxduğu puldur. Ayrıldı, əla, yolun açıq olsun. Amma uşağına pulunu ödəyəcəksən. Zəhmət çəkib gecə-gündüz küçə süpürüb, daş daşıyıb övladına baxacaqsan. Qadınlar, "aliment almıram" deyib, qürur etməyin. 1 amant da olsa, kişidən alın. Sabah eyni əzabı başqa qadına yaşatmasınlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.