Təranə Səmədovadan xəbər var

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənov psixoloji tibbi ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
İttihama görə, Təranə Səmədova və Rahim Həsənov mütəşəkkil dəstə halında Bakıda imkanlı şəxsi şəkilləri ilə hədələyərək ondan külli miqdarda pul tələb edib.
Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
OXŞAR XƏBƏRLƏR