Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elgizdən Əli Mirəliyevi tənqid edənlərə CAVAB: “Ağzını “skoç” layaq?”

Elgizdən Əli Mirəliyevi tənqid edənlərə CAVAB: “Ağzını “skoç” layaq?”

Elgizdən Əli Mirəliyevi tənqid edənlərə CAVAB: “Ağzını “skoç” layaq?”
2023-11-08 , 15:10

Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində müğənni Əli Mirəliyevin iştirakçılarla mütəmadi qalmaqal yaratması kimi hallara yol verdikləri üçün aparıcıların tənqid edilməsinə münasibət bildirib. 

Yenilik.az bildirir ki, E.Əkbər pravda.az-a açıqlamasında deyib ki, xoşu gəlməyənlər "Elgizlə izlə"yə baxmasınlar, başqa verilişlərə baxsınlar: "Əli Mirəliyev yaşlı adamdır, musiqini çox gözəl bilən insandır. Öz sahəsi ilə bağlı fikir bildirir, səsi olana deyir ki, səsin var, olmayana deyir, yoxdur. Bəyəm mən buna nə edə bilərəm? Tək mənim verilişimdə çıxış etmir. Neçə illərdir, verilişlərdə olur, ekspert kimi çıxış edir. Əli müəllim verilişdə münsiflər heyətində əyləşəndə mən hələ balaca uşaq idim. Mənim ixtiyarım çatar Əli müəllimin ağzını yumum ki, sən danışma? Bu nə dərəcədə doğru olar? Kişi fikrini bildirir də. Ağzını bağlayaq, "skoç"layaq ? Əli müəllim də verilişin bir hissəsidir. Xoşu gələn Əliyə baxsın, xoşu gəlməyən baxmasın, mən nə edim daha?"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.