Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı - Video

Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı - Video

Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı - Video
2023-11-03 , 16:48

Əli Mirəliyevin mərhum Yaqut Həşimova haqqında "Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı" açıqlaması bağışlanıb.

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial proqramda o, mərhum müğənninin bacısı Şəlalə Nəriman və onun valideynlərindən üzr istəyib. 
Canlı efirdə müğənni Şəlalənin önünə gəlib. Mərhumun bacısı ayağa qalxaraq Əli Mirəliyevi qucaqlayıb. 
Bundan sonra Şəlalə bildirib ki, Əli Mirəliyev bacısı Yaqutun məzarı başına gedərək onun ruhundan üzr istədiyinə görə valideynləri də bağışlayıb. Onlar müğənninin üzürünü qəbul edib. 
Mərhum Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.  Onu əri Anar Həşimov qətlə yetirib. Onlar 2013-cü ildə ailə həyatı qurub və bir övladları var.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.