Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda dünən öldürülən müğənninin məzarı - FOTO

Bakıda dünən öldürülən müğənninin məzarı - FOTO

Bakıda dünən öldürülən müğənninin məzarı - FOTO
2023-10-17 , 23:45

Bakıda dünən öldürülən müğənninin məzarı - FOTO

Dünən yoldaşı tərəfindən bıçaqlanaraq öldürülən müğənni Yaqut Həşimova dəfn olunub. 
News24.az xəbər verir ki, bu barədə onun bacısı Şəlalə İsgəndərova məlumat verib. O bacısının məzarının şəklini sosial şəbəkədə bu sözlərlə paylaşıb: 
"Yeni evin mübarəkdi, ay mənim namuslu, ismətli,  ləyaqətli bacım. Bacın ölsün, necə ki, məni də bu  tarixdə basdırdın..." 
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. 
Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.