Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tünzalədən tamaşaçıya təhqir: Onun beyninin problemidir

Tünzalədən tamaşaçıya təhqir: Onun beyninin problemidir

Tünzalədən tamaşaçıya təhqir: Onun beyninin problemidir
2023-11-21 , 16:25

Son zamanlar açıq-saçıq geyimlərinə görə müzakirə predmetinə çevrilən Xalq artisti Tünzalə Ağayeva mövzu ilə bağlı açıqlama verib.

Yenilik.az Bizim.media-ya xəbər verir ki, o, “Zarafat bir yana” axşam şousunda danışıb.
Şounun qaydalarına görə tamaşaçılardan biri mikrofon önünə keçərək Ağayevaya sual ünvanlayıb: “Bəzi xanım müğənnilər sərbəst geyimlərinə görə tənqid olunur və ya tamaşaçılar onların bu cür geyimlərini birmənalı qarşılamır. Amma siz, Tünzalə xanım, o müğənnilərdən idiniz ki, daha əvvəlki geyimlərinizlə nümunə göstərilirdiniz və nümunəvi sayılırdınız. Sizin fikrinizcə, indi hansı müğənnini nümunə göstərmək olar?” 
T. Ağayeva suala belə cavab verib:
“Hər müğənni özünə görə nümunədir. Bir müğənni nümunə geyiminə görə deyil, sənətə görə ölçülür. Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Hər hansısa bir sahə sənət sahəsinə bənzəmir. Elə insan zövqü var ki, bunu xaricdə qəbul edir, xarici ifaçılarda... Müxtəlifliyi, rəngarəngliyi... Amma bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Sənətlə, intellektlə, peşəkarlıqla götürülməlidir. Türkiyədə elə müğənnilər var ki, onlar qədər cəsarətli deyilik (gülür), amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Sənət insanı isə o insandır ki...
Baxın, qarşımda siz, publika varsınız və mən varam. Əgər mən səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər tamaşaçı müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.