Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir efirdə qızıllarını nümayiş etdirdi: “Acından ölsəm də...” - VİDEO

Cavanşir efirdə qızıllarını nümayiş etdirdi: “Acından ölsəm də...” - VİDEO

Cavanşir efirdə qızıllarını nümayiş etdirdi: “Acından ölsəm də...” - VİDEO
2023-11-22 , 16:01

Əməkdar artist Cavanşir Məmmədov efirdə qızıllarını nümayiş etdirib. 

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində özünün aldığı və ona hədiyyə edilən bahalı zinət əşyalarını üzə çıxarıb. 
"Gördüyünüz bu sinəyə taxılan "qızılı mikrofon" aksesuarı brilliant daşlarla bəzədilib. Azərbaycan müstəqillik qazanandan sonra 2005-ci ildə türk müğənnisi kiçik Əmrah və mən Bakıda konsert proqramı ilə çıxış etdik. İş adamı və hazırda qudam olan Vəli Məmmədov Əmraha və mənə bunu hədiyyə edib. Əmrahda olan "qızıl mikrofon"un üzərinə onun adı, məndə isə mənim adım yazılıb. Bu sənət yadigarıdır.
Acından ölsəm də, bunu satmaram. Bu qızıl klonu isə rəhmətlik İlhamə Quliyeva mənə 2010-ci ildə hədiyyə edib. Bunların hamısının başında sənət durur. Dostlarım 2006-ci ildə limuzin "QAZ - 31" markalı avtomobil hədiyyə etdilər. O maşın zavod istehsalı idi. İnsanın əsas sənəti olmalıdır", - deyə Cavanşir Məmmədov vurğulayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.