Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazənin: "Əxlaqsızlar əxlaqdan efirdə insanlara dərs keçirlər" - VİDEO

Nazənin: "Əxlaqsızlar əxlaqdan efirdə insanlara dərs keçirlər" - VİDEO

Nazənin:
2023-11-27 , 15:38

"Bir müğənni var ki, bütün Azərbaycana pul borcludur. Hələ mən Azərbaycandan kənar borclarını demirəm".

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva "Tarixin bir günü" verilişində deyib.
O, televiziyada yayımlanan verilişləri, onların aparıcılarını və proqramlara dəvət alan bəzi dırnaqarası məşhurları sərt şəkildə tənqid edib:
"Mənəviyyatsız, şərəfsiz, əxlaqsız, vicdansız insanları aparıcılar öz verilişlərinə çağırırlar ki, təki reytinqləri olsun. Onlar efirə çıxıb insanlara əxlaqdan dərs deyirlər. Əxlaqsız efirə çıxıb insanlara əxlaqdan dəsr deyir.
Namussuzlar efirə çıxış namus dərs deyirlər. Olmaz belə... Televiziya məkanı ədəb-ərkan məkanıdır. Əvvəllər televiziyaya sehirli bir qutu kimi baxırdılar. İnsanlar televiziyaya baxıb maariflənirdrlər. Televiziyaya baxırdılar ki, özləri üçün nəsə gözəl və yaxşı şeylər götürsünlər. İndi isə deyirlər ki, televizorunuzu söndürün, baxmayın televiziyaya".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.