Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Şounu biz göstəririk, pulu onlar qazanır” - Ayan Babakişiyeva

“Şounu biz göstəririk, pulu onlar qazanır” - Ayan Babakişiyeva

“Şounu biz göstəririk, pulu onlar qazanır” - Ayan Babakişiyeva
2023-11-28 , 16:28

“Bu gün bəzi müğənnilərin 5 -10 min manat verib yutubda mahnılarını “trend” etməklə bizim səviyyəmizdə olmaq anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, gəlin, mahnınızı “tren”də salaq, instaqramını 1-2 milyon edək. Özüm-özümü niyə aldadım?”.  

Bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu "Xəbərin var?" verilişində deyib. Sənətçi pulla mahnılarına yutubda izləyici toplayanlardan danışıb: 
 "Klip təqdimatı edəndə Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. Yutub mahnıları "trend" olan dediyiniz ifaçılar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını orada təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatları üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam.  Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. İlk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər o səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır.  Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Bu, şou-biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır".



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.