Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Əsəbiləşib, şillə vurub” - Telli Borçalı DANIŞDI - VİDEO

“Əsəbiləşib, şillə vurub” - Telli Borçalı DANIŞDI - VİDEO

“Əsəbiləşib, şillə vurub” - Telli Borçalı DANIŞDI - VİDEO
2023-11-29 , 15:39

Aşıq Telli Borçalı illər əvvəl müzakirə yaradan açıqlamasına aydınlıq gətirib.

Yenilik.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, "Xəbər-ətər" proqramında danışıb.
Aşıq "İstəyirəm kişi meyitimi sərsin" fikrini hələ də dəyişmədiyini bildirib:
"Mətanətin verilişində olmuşdu. Soruşmuşdular ki, necə insan xoşlayırsınız? Biri demişdi, romantik olsun, digəri demişdi, belə olsun. Mən də dedim ki, istəyərəm meyitimi sərsin. Biz şiddətə qarşıyıq, bu söhbət çoxdan olub.
Deyək ki, əsəbiləşib, şillə vurub, buna görə küsüb, ata evinə getmək olmaz. Evdə sözü keçən insanları çox sevirəm. Elə et ki, o həddə çatdırma.
Deyirlər, yaxşı at özünə qamçı vurdurmaz. Sərhəddən çıxmasın. Əgər səhvim olsa, meyitimi sərə bilər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.