Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanət İskəndərlidən Cananaya cavab: Gəl övladlarını apar, özün bax - VİDEO

Mətanət İskəndərlidən Cananaya cavab: Gəl övladlarını apar, özün bax - VİDEO

Mətanət İskəndərlidən Cananaya cavab: Gəl övladlarını apar, özün bax - VİDEO
2023-12-08 , 15:51

Əməkdar artist Mətanət İskəndərli "Space” televiziyasında İlham Mirzəyevin təqdimatında yayımlanan "Yaxşıya doğru” verilişinə qonaq olub.


Yenilik.az AZXEBER.COM-a istinadən xəbər verir ki, əməkdar artist, gəlinin iddialarını rədd edərək uşaqları Canananın ona özünün verdiyini bildirib:

"Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da boşanan zaman uşaqlar anaya verilir. Bunlar körpə deyil, yetərincə yaşları var. Məhkəmədə uşaqlar ona verildi. Amma özü gətirdi mənim qapıma uşaqları qoydu və getdi, dedi ki, mən onlara baxa bilmirəm. Bundan sonra uşaqlar da onu istəmədilər. Ağlayırdılar ki, anamızla getmirik. Onlara təklikdə də demişəm ki, ananızı istəyirsinizsə gedin. 5 ildir uşaqlara mən baxıram. Mən burdan yenə də deyirəm, Canana, gəl övladlarıvı apar, özün saxla”.

Əməkdar artist boşanan zaman Canananın ortaq nigahdan əldə olunan mal varlığından payına düşən hissəni aldığını qeyd edib:

"O, haqqını alıb. Kərimə atasından ev qalmayıb. Evlər mənimdir.  Evim var. Birində özüm qalıram, birini də Kərimə vermişəm, gəlinimlə orada yaşayır. Kaş ki, onun dərdi ev dərdi olaydı. Dəfələrlə ona demişəm ki, gəl sakit boşan, bizi dilə-dişə salma. Uşaqlar məktəbdə utanır. Sakit boşan, altıva maşın da alım verim, ev də verim, səni istirahətə də göndərim. O, imtina etdi, dedi ki, mən kariyera qururam, uşağa baxa bilmərəm. Amma bundan sonra hər şey üçün daha gecdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.