Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Səidə bu sözləri Vəfaya deyib? - VİDEO

Səidə bu sözləri Vəfaya deyib? - VİDEO

Səidə bu sözləri Vəfaya deyib? - VİDEO
2024-01-15 , 17:50

Müğənni Səidə Sultan qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, sənətçi "Günaydın, Azərbaycan" verilişində adını açıqlamadığı müğənnini hədələyib:
"Təzə oxuyanlar gəlib. Onlar da məclisə gedib camaatın kəbinli, nikahlı ərinə göz tikirlər. O, kişilərin hesabına gəlib oxuyurlar. Elə bilirlər öz kölgəsidir. Buradan mesaj göndərirəm. Elə etmə səni ifşa edim, Azərbaycanla bir edərəm. Ad çəkmirəm, özü bilir kimi deyirəm. Mənimlə özünü tay tutma. Sən oxuyan deyilsən. Onu çox pis qaralaya bilərəm, yerini bilsin".
Qeyd edək ki, Səidə bu günlərdə müğənni Vəfa Şərifova ilə qalmaqal yaşayıb. Sosial şəbəkə istifadəçiləri Səidənin bu sözləri Vəfanın ünvanına dediyini iddia edib. Onlar arasındakı qalmaqala səbəb Səidənin "İndiki oxuyanların dəstəsi 50 qəpikdir" sözləri olub. 
Daha sonra Vəfa "Öz uğurlu işləri olmadığı və bizdən danışsalar, gündəmə gələcəklərini düşündükləri üçün bizi müzakirə edirlər" sözləri ilə Səidəyə cavab verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.