Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Onların Aygün Kazımovaya etdiyi rəqabət yox, rəzillikdir""

"Onların Aygün Kazımovaya etdiyi rəqabət yox, rəzillikdir""

2024-01-20 , 16:20

Müğənni Damla Xalq artisti Aygün Kazımovanın instaqram hesabının oğurlanmasına münasibət bildirib.

Yenilik.az xəbər verir ki, "Xəbərin var?" proqramında bu haqda danışan Damla bunları əlavə edib:
"Aygün Kazımovanın səhifəsinin bağlanması bilmirəm buradan edilib, yoxsa başqa ölkədən. Düşünürəm ki, normal, şüuru, zehni olan bunu etməz. Bunun harası rəqabətdir? Kimisə yıxım, tapdalayım ki, rəqabətdir? Rəzillikdir, rəqabət yox. Bilirsiniz nəyə bənzəyir: mən sən ola bilmirəm, bacarmıram. Ancaq gücüm buna çatır. Yara keçib gedir. Sən bundan sonra Allahın səndə açdığı yaralara bax. Heç kimin haqqına girə bilmərəm. Bilmirəm kim edib. Xarici hakkerlərin hücumudur, yoxsa sapı özümüzdən olan paltalardır".
Qeyd edək ki, A.Kazımovanın 1,4 milyon izləyici olan instaqram hesabı bir neçə gün əvvəl oğurlanıb.
 Axşam.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.