Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Elə təhsilli müğənni var ki, ona “dərs verərəm”" - Nüşabədən atmaca

"Elə təhsilli müğənni var ki, ona “dərs verərəm”" - Nüşabədən atmaca

2024-01-24 , 16:07

MTV Azərbaycan kanalında "Tarixin bir günü" verilişinə qonaq olan müğənni Nüşabə Musayeva açıqlamaları ilə gündəmə gəlib.

 
AZXEBER.COM xəbər verir ki, o, Zeynəb Həsəninin "Mən təhsilli müğənni olduğum üçün, bayağıların siyahısında mənim adım hallanmır" fikrinə münasibət bildirib.
 
Nüşabə Musayevə qismən də olsa Zeynənbin fikirlərinə dəstək verib:
"Zeynəb yaxşı ifaçıdır, səliqəli oxuyur. Həm də var səliqəsiz oxuyanlar. Onlar da toylardadır. Təbii ki, kim toyda əsər oxuyur ki? Onlar da kütlə nə istəyirsə onu oxuyurlar. Amma sənət baxımından elə təhsil alan müğənni var ki, elə mən özüm ona dərs keçərəm. Mənim təhsilim yoxdur amma canlı Bayatışirazı necə oxuyuram, gördüz. Klassika da, lirika da, əsər də oxuya bilirəm amma hazırda təlabat nədirsə onu edirəm. İndi də tamaşaçıya maraqlı olan qalmaqal və "dırnaqarası" şoudur. Xalq özü tənqid edir, amma eyni zamanda da baxır, bəyənir və baxış sayını artırır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.