Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir Məmmədovdan muğam ifaçılarına irad: "Sənətkarlarımız ədəbi dilə diqqət etmirlər"

Cavanşir Məmmədovdan muğam ifaçılarına irad: "Sənətkarlarımız ədəbi dilə diqqət etmirlər"

Cavanşir Məmmədovdan muğam ifaçılarına irad: 
2024-01-24 , 16:08

Əməkdar artist Cavanşir Məmmədov muğam ifaçşlarını hədəf alan çıxışı ilə gündəm olub.

 
MTV Azərbaycan kanalında "Tarixin bir günü"  verilişində qonaq olan əməkdar artist ləhcə ilə ifa edən xanəndələri sərt dillə  tənqid edib:
 
"Bizim muğam ifaçılarımız çox gözəldir, savadlıdır. Amma bir əmma var ki, bunu mən mütləq demliyəm. Konservatoriyada dərs deməsəm də, iradımı bildirməliyəm. Yaşlı sənətkarlarımız ədəbi dilə diqqət eləməlidir. Muğamı bölüblər bölgələrə, bu Naxçıvan tərəfdir, bu Şirvan tərəfdir. Bu yolverilməzdir. Muğamı ədəbi dildə oxumaq yazımdır. Deyir ki, "qdoy alım". Deməli sən ədəbiyyatdan iki almalı idin. Qadoy alım nədir? Mənim ad çəkməyə də cəsarətim var. Sadəcə dostluqlar var arada, demək olmur. Sən mənim ədəbi dilimi mənə olduğu kimi təhvil verməlisən. Xalq artisti olmur, kim olur olsun mənə fərq etmir, mən  iradımı bildirirəm. Çünki mən də Azərbaycan musiqisinə xidmət edirəm. Məahnını oxuyanda nəfəsini belə düz almadan oxuyursansa, deməli sən özfəaliyyət müğənnisən.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.