Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? - "Brilyant dəsti göndəriblər, amma..."

Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? - "Brilyant dəsti göndəriblər, amma..."

Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? -
2024-02-05 , 16:48

"Qızıma göndərilən hədiyyə brilyant dəstdir və kifayət qədər bahadır".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı tədbirdə Xalq artistinin ailəsindən qızına göndərilən hədiyyədən danışarkən deyib.
Meyxanaçı sözügedən hədiyyənin alınmasından xəbərsiz olduğunu qeyd edib:
"Sonradan zəng etdim, maraqlandım. Dedim ki, zəhmət olmasa gəlin hədiyyəni götürün, çünki bu məsələ alınmayacaq. Nəyə görə boş-boşuna əziyyət çəkirsiz? Dedi ki, mən ona bunu ad günü münasibəti ilə hədiyyəsi etmişəm. Elə bil qonaq gəlmişəm, başqa şeyi ağlınıza da gətirməyin".
Qeyd edək ki, meyxanaçı-müğənni Samirə Yusifqızının müğənni qızı Xalq artistinin oğlu ilə ailə qurmağa hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Doğum günü ilə bağlı tədbirdə ona elçi düşən Xalq artisti qayınanasından Fərəhə özəl hədiyyə göndərilib. Lakin izdivac baş tutmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.