Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Cavanşirin qudası:
2024-04-20 , 16:01

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib.

Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:

"Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demək olar ki, beş dəqiqə ərzində Cavanşir müəllimi itirdik. O dünən toyda olub. Onunla axşam saatlarında danışmışdım. Zarafatlaşmışdıq... Səhər işə getmək istəyirdi. Çünki görəcəyi işlər vardı. Nəvəsi gedib görüb ki, babası "xırıldayır"... Allah rəhmət eləsin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.