Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Sevda: Mən də, ərim də düşünürük ki, 2 övlad bəsdir - VİDEO

Sevda: Mən də, ərim də düşünürük ki, 2 övlad bəsdir - VİDEO

Sevda: Mən də, ərim də düşünürük ki, 2 övlad bəsdir - VİDEO
2024-05-10 , 15:33

“Böyük qızım Ayla artıq “yasli”yə gedir. Ayla 1 yaş 6 aylıqdır. Ondan kiçik digər qızım Aida isə 6 aylıqdır”.

 
Yenilik.az bizim.media-ya xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Özəl” verilişində deyib.
 
O bildirib ki, yenidən övlad sahibi olmağı düşünmür:
 
“Yenidən ana olmaq niyyətində deyiləm. İki övlad məncə, kifayətdir. Mənim üçün uşağın oğlan və ya qız olması fərq etmir. Ərim Zakir Bayramovun hər zaman arzusu olub ki, 5 qız övladı olsun. Amma o, ikisi ilə, yəni Ayla və Aida ilə kifayyətlənir. Çünki bu məsələlər çox çətindir. Özümü 2 il səhnədən ayırıb qızlarıma həsr etdim. Baxmayaraq ki, bu 2 il ərzində mahnılar və kliplər təqdim edirdim, amma bu zaman çərçivəsində vaxtımı qızlarıma ayırmışdım.
 
Mən də, ərim də iş adamı olduğumuz üçün düşünürük ki, 2 övlad artıq bəsdir. Mən 20 ildir ki, səhnədəyəm və bu iş üçün çox əziyyət çəkmişəm. İnsanlar məni sevir. Həm də ərimlə ailəm məni dəstəkləyir və səhnədə olmağımı istəyirlər. O deyir ki, Sevda, sən yeni mahnılar axtarışında olmalısan. Biri var, özün üçün oxuyursan və biri də var ki, səni dinləyən izləyicilərin var. Ona görə də mən səhnədə olmaq istəyirəm”.
 
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. O, Ayladan sonra bu ilin yanvar ayında ikinci dəfə ana olub. Cütlük dünyaya gələn qız körpəsinə Aida adını veriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.